Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan əczaçılıq sənayesində yeni pillə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə, 12.02.2025-ci il tarixində Azərbaycan Respublikası Tibb Universiteti və "Scandens Pharmaceutical Industrials Ltd." əczaçılıq zavodunun nümayəndələrinin, Macarıstan Respublikasının Pécs Universitetinə rəsmi səfəri baş tutub.
Pécs Universiteti 1367-ci ildə Kral I Ludovik tərəfindən təsis edilib və Macarıstanda ilk, Mərkəzi Avropada isə dördüncü universitet olaraq tarixə adını qızıl hərflərlə yazdırıb.
"Scandens Pharmaceutical Industries" 2016-cı ildə təməli Azərbaycanda qoyulan elmi əsaslı əczaçılıq zavodudur.
Səfərin məqsədi Pécs Universiteti ilə "Pannon Pharm"a arasında olan mövcud bilik və təcrübə mübadiləsi, o cümlədən tədris metodikasını, Azərbaycan Tibb Universiteti və !Scandens Pharmaceutical" şirkəti arasında tətbiq etməkdir.
Bu təşəbbüsün əsas hədəfi kimi tələbə və təcrübə mübadiləsi, həmçinin ixtisaslaşma, doktorantura, ikili diplom və s. olaraq nəzərdə tutulub.
Dördlü əməkdaşlıq çərçivəsində, tərəflər arasında elmi və tədqiqat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, əczaçılıq sənayesində beynəlxalq çərçivədə yerli kadr potensialının gücləndirilməsinə töhfə verməkdir.
Bundan əlavə qeyd edək ki, "Scandens" tərəfi, Pécs Universitetində təhsil alan Azərbaycanlı tələbələrlə görüş təşkil edərək, onları, yerli əczaçılıq sahəsindəki yeniliklər və gələcək imkanlar barədə də bilgiləndirib. Burada məqsəd, məhz, azərbaycanlı tələbələri yerli əczaçılıq sahəsində peşəkar fəaliyyətə cəlb etmək və ölkənin sənaye inkişafına qatqı təmin etmələrini təşviq etməkdir.
Səfərin sonunda, Azərbaycan və Macarıstan arasında təhsil və elmi əməkdaşlığın inkişafı istiqamətində memorandum kimi əhəmiyyətli addımlar atılması qərara alınıb.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır - ŞİKAYƏT
- Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
- İki ay ərzində altı özəl stomatoloji müəssisədə nöqsanlar AŞKARLANIB
- Ramiq Quliyev: "Nadir xəstəliklərlə bağlı elmi məqalələrin sayı çox azdır"
- Apteklərdə satışda niyə yalnız elektron termometrlər var?