Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda "sahibsiz" stadion aşkarlandı
1962-ci ildə Qusar şəhərinin sakinlərinin istifadəsinə verilən Şövkət Orduxanov adına stadion doqquz il öncə sökülərək yenidən qurulması işlərinə başlanıb. Amma stadionun bərpa prosesi 2024-cü ilin may ayından etibarən dayandırılıb. Şəhəri təmsil edən və II Liqada lider mövqeyində qərarlaşan "Şahdağ Qusar" klubu ev oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirməli olur.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Qusar Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. RİH-dən stadionun onların balansında olmadığını, məsələni isə Gənclər və İdman Nazirliyi ilə dəqiqləşdirməli olduğumuzu bildirdilər.
Daha sonra adıçəkilən qurumla əlaqə saxlasaq da, oradan da eyni cavab gəldi. "Stadion bizim balansımızda deyil".
"Şahdağ Qusar" klubundan isə stadionun kimin balansında olduğu ilə bağlı məlumat verilməsə də, təmir işlərinin "Azenco" şirkətinə aid olduğu bildirildi.
"Azenco" şirkətindən isə Oxu.Az-a bildirildi ki, mövzunun onlarla əlaqəsi yoxdur:
"Biz, sadəcə, tikinti şirkətiyik. Stadion kimin balansındadırsa, onunla əlaqə saxlayın".
Bəs yaxşı, Qusarda yerləşən stadion nə RİH-in, nə nazirliyin, nə də klubun balasındadırsa, o zaman təmir işlərini kim başlatmışdı və nə üçün dayandırdı?
Anar Həsənov
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan İdman Akademiyasının rebrendinq tədbiri keçirilib
- AWWA kosmetologiya sahəsində əlavə təhsil fəaliyyəti göstərmək üçün rəsmi lisenziya alıb
- Avarçəkmə üzrə Azərbaycan çempionatında İLK
- Leyla Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən veloyürüşdə iştirak edib
- WAKO-nun prezidenti: "Azərbaycanın idman ölkəsi olduğunu bilirik"