Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xocəsəndə piyadaların həyatını təhlükəyə atan sürücü CƏZALANDIRILDI
"Bu gün səhər saatlarında Xocəsən qəsəbəsində kobud qayda pozuntusuna yol verən sürücü cəzalandırılıb".
Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"Kobud qayda pozuntusuna yol verməklə inzibati xəta törədən sürücü Xəyal Mövsüm oğlu Mehdiyev, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsinə əsasən inzibati cərimə növündə məsuliyyətə cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək bu kimi halların yolverilməz olduğunu və sürücü intizamının möhkəmləndirilməsi istiqamətində, ictimaiyyətlə birgə, zəruri tədbirlərin aparılacağını diqqətə çatdırır", - deyə M. Ağayev vurğulayıb.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü piyadaların həyatını təhlükə altına atıb.
Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər Xocəsən yolunda baş verib.
Tıxacda qalmaq istəməyən 90-KZ-545 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı avtomobilin sürücüsü ötmə qaydalarına zidd olaraq, qarşıda gedən nəqliyyat vasitələrini sağ tərəfdən keçməyə qərar verib və piyadalarla dolu səkinin üstü ilə hərəkətini davam etdirib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında hadisədən xəbərdar olduqlarını bildirib:
"Yol verilmiş inzibati xəta ilə bağlı araşdırma başlanılıb. Qanunamüvafiq tədbir görülərək, ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə M.Ağayev bildirib.
Əzizə İsmayılova
"Yol hərəkəti qaydaları" teqi üzrə xəbərlər
- BDYPİ-dən hərəkət iştirakçılarına daha bir MÜRACİƏT
- Polis "Koroğlu"da reyd keçirdi, cərimələr yazıldı
- Bakıda 45 dəqiqəyə gedilən 100 metrlik yol - ŞİKAYƏT
- "Ukrayna dairəsi''ndə SIXLIĞIN aradan qaldırılması üçün nə təklif olunur?
- Bakıda sürücülər niyə ləğv olunan zolaqlardan istifadə etməyə qorxurlar?