Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Baş direktor: "ABŞ maliyyə dəstəyini dayandırmaqla çox sayda insanın ölümünə səbəb olacaq"
"ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması bir sıra sahələrdə göstərilən dəstəklərə mənfi təsir edəcək".
Oxu.Az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" mövzusunda paneldə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, ABŞ-nin ÜST-yə maliyyə dəstəyini qəflətən dayandırması çox sayda insanın sadə xidmətlərə çıxışını məhdudlaşdıracaq, ölümcül və yoluxucu xəstəliklərin dünyada yayılmasına, çox sayda insanın ölümünə səbəb olacaq.
"Biz ABŞ-yə müraciət edərək həll yolu tapılana qədər tərəfdaşlığı davam etdirməyə səsləyirik", - deyə o bildirib.
Aləmdə Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- Artis Pabriks: "Yeni dünya düzəni hələ tamamlanmayıb, vəziyyət daha da pisləşə bilər"
- Hikmət Çətin: "Qlobal idarəçilik üçün kollektiv səy lazımdır"
- Mladen İvaniç: "Aİ ABŞ-nin idarə etdiyi qatarda, sadəcə, sərnişin olmağı seçir"
- Benita Ferrero-Valdner: "Ortamiqyaslı dövlətlər dünyada bələdçi rolunu oynayır"
- Xarici işlər nazirinin müavini: "Biz bilməliyik ki, qonşularımızdan nələri gözləyirik"