Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Tedros Adhanom Qebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb və bu konfrans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini deyib.
Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq, Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlərin görüldüyünü qeyd edib.
Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun Azərbaycanla birlikdə müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrin önəminə toxunub.
Görüşdə Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq məsələlərinə, həmçinin BMT strukturlarının gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı XII Qlobal Bakı Forumunun və onun gündəliyində duran məsələlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Əli Əsədov: "Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib"
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
- Prezidentin Mətbuat Xidməti XII Qlobal Bakı Forumundan videoçarx paylaşıb
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib