Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçiriləcək. Bu məqsədlə Prezident İlham Əliyev Özbəkistanda səfərdədir.
Dünya nüvə müharibəsinə hazırlaşır? Amerika Birləşmiş Ştatları termonüvə bombasını sınaqdan çıxardı.
Qəzza iki yerə bölünəcək? Vaşinqtonun bölgə ilə bağlı gizli planı ortaya çıxdı.
Azərbaycanda 90 milyon dollarlıq əməliyyat. İrandan Estoniyaya yük aparan qatardan külli miqdarda heroin aşkarlandı.
Yeniyetmə həmyerlisinin maşınını qaçırtdı, yetmədi, onu bıçaqladı. Ardından isə özü faciəli şəkildə həyatını itirdi. Gəncədəki hadisənin təfərrüatı məlum oldu.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: