"Bilirik ki, Fransa güclü rəqibdir".
Oxu.Az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Fransa yığma komandaları arasında oyundan əvvəl mətbuat konfransında Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov deyib.
O bildirib ki, doğma meydanda keçiriləcək son oyunda nəticə qazanmaq mümkündür:
"Oyuna yaxşı hazırlaşmışıq. Azarkeşlərimizin dəstəyi ilə sabah yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Mbappenin meydanda olmaması rəqibin gücünü müəyyən qədər azalda bilər. Lakin biz komanda olaraq tək bir oyunçuya deyil, bütövlükdə Fransa yığmasına qarşı hazırlaşmışıq".
Qeyd edək ki, görüş noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Murad Nəsimi