Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"20 yanvar" istiqamətindəki uzun tıxacın səbəbi MƏLUM OLDU
Yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Moskva prospekti, tunelə giriş hissədə texniki nasaz bir neçə yük avtomobili yolda qalıb.
Bu səbəbdən metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.
Bakıda "20 yanvar" metro stansiyası istiqamətində uzun tıxac yaranıb.
Oxu.Az xəbər verir ki, axşam saatlarında başlayan tıxac vətəndaşların mənzilbaşına vaxtında çatmasına mane olub.
Belə ki, yolun hər iki istiqamətində nəqliyyatın hərəkəti çətinləşib. Avtomobillərlə yanaşı ərazidə olan marşrut avtobusları da tıxacda vaxt itiriblər.
Həmin görüntüləri təqdim edirik:
"Tıxac problemi" teqi üzrə xəbərlər
- Bakıda nasaz avtomobil yolda qalıb: Tıxac yaranıb
- Küçələrdə sıxlığın aradan qaldırılması yolları: İş qrafiki dəyişdiriləcək? - "Kaspi"nin ŞƏRHİ
- Bakıda tıxacın qarşısını almaq üçün çəkiləcək yeni yolların SİYAHISI
- "Pik saat" anlayışı yox oldu: "Bakıda uçan taksi olsa, göydə də tıxac yaranar"
- Bakıda tıxac: İctimai nəqliyyatın hərəkəti dayanıb