28 il sonra Cəbrayıl rayonu ərazisindən sərnişin qatarının keçdiyi iddia olunub.
Oxu.Az xəbər verir ki, həmin qatarın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
“Azərbaycan Dəmir Yolları” QSC yayılan videoya münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə hazırda qatarlar Horadiz stansiyasına qədər hərəkət edir:
“Görüntülər Horadiz-Ağbənd dəmir yolunun tikintisi və layihələndirilməsi işləri ilə əlaqədar iş prosesi zamanı qeydə alınıb. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən dəmiryol xəttinin çəkilməsi istiqamətində işlər həyata keçirilir. Yayılan görüntü həmin işlərin gedişatı zamanı qeydə alınıb. Videodakı qatar dəmir yollarının təmiri və istismarı işlərini həyata keçirən təsərrüfat (işçi) qatarıdır”.
Həmin görüntüləri təqdim edirik:
Bu gönderiyi Instagram'da görKönül Cəfərli
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 26-cı günü: 21 yaşayış məntəqəsi işğaldan azad edilir - Foto
- İşğaldan azad olunmuş ərazilərdə nə qədər əhali qazla təmin olunur?
- Vətən müharibəsinin 23-cü günü: 13 kənd işğaldan azad edilir - Foto
- Xudafərin əməliyyatının bilinməyən detalları açıqlandı - Video
- Xüsusi təyinatlı: "Bir günə 105 kilometr irəliləməyimiz həlledici məqamlardan idi" - Foto/Video
Digər xəbərlər