Havalar düzəlib, filmlər də artıq hazırdır, əhvalımız isə yüksəkdirsə, deməli, sabah artıq yay mövsümünə start verilir!
Oxu.Az xəbər verir ki, hər yay “Park Cinema” “Amburan Beach Club”da açıq səma altında yerləşən kinoteatrını ziyarətçilərin istifadəsinə verir. İyun ayının 3-dən etibarən kinosevərlər burada filmlərdən və məhz onlar üçün yaradılmış komfortlu şəraitdən zövq ala bilərlər.
Kinoteatrın repertuarına isə yeni xarici filmlərlə yanaşı, yerli filmlər də əlavə oluncaq, gələn həftə boyunca isə məhz bu filmlər nümayiş etdiriləcək: “Ecazkar qadın”, “Malibu xilaskarları” və Azərbaycanın ilk uşaq komediyası “Samedik”.
“Kinoteatr yay mövsümünün sonuna kimi fəaliyyət göstərəcək, seanslar isə saat 20:00-dan etibarən başlayacaq. Hər birinizi kinoteatrımızda görməkdən şad olarıq və sevimli izləyicilərimizi yay fəslini bizimlə birgə Amburanda keçirməyə dəvət edirik”, - deyə kinoteatrın marketinq üzrə direktoru Musa Axundov bildirib.

03-07 iyun tarixlərinə olan SEANSLARIN CƏDVƏLİ:
“Samedik” - saat 20:10
“Ecazkar qadın” - saat 21:10
“Malibu xilaskarları” - saat 00:00
Biletləri onlayn və ya kinoteatrın “Amburan Beach Club”da yerləşən kassalarından əldə edə bilərsiniz.
Qeyd edək ki, “Park Cinema” – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə “Park Bulvar”, “Metro Park”, “Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu “Flame Towers”, həmçinin Masallı rayonundakı “ASAN Həyat”da yerləşən kinoteatrlar və “Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir.
A.S.
www.oxu.az