Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub
Ağalı sakinləri ikinci ildir Qurban bayramını böyük ruh yüksəkliyi ilə öz doğma yurdlarında qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, bu il də kənd ərazisində qurbanlıq heyvanların kəsilməsi üçün səyyar çadır məntəqəsi qurulub.
Ağalı sakinləri də bu il qurbanlıq heyvanlarını öz doğma yerlərində kəsiblər. Kənddə kəsim və satışın norma və qaydalara uyğun həyata keçirilməsi üçün səyyar çadır məntəqəsi qurulub. Çadır məntəqədə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün lazımı şərait yaradılıb.
Qeyd edək ki, Qurban bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
"Qurban Bayramı 2024" teqi üzrə xəbərlər
- Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR
- Bayram günlərində baş verən qəzalarda ölənlərin sayı AÇIQLANDI
- Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı AÇIQLANDI
- İstanbulda qurban kəsmək istəyən kişi faciəli şəkildə öldü
- Laçınlıların Qurban bayramı sevinci: "Babalarımızdan yadigar qalan torpaqlardayıq"