Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 15 ailə (73 nəfər) köçürülüb.
Qayıdışı təmin olunan ailələr respublikanın müxtəlif bölgələrində çətin şəraitdə yaşayan ailələrdir. Ailələr doğma yurdlarında qayıdan ailələrin mənzilləri müasir tələblərə cavab verən səviyyədə yenidən qurulub.
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülür.
Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatacaq.