Əməkdar artist Bəhram Bağırzadənin anası koronavirusa yoluxub.
Bu barədə məlumatı B.Bağırzadə özü sosial şəbəkədə paylaşıb.
O bildirib ki, anası Tahirə Əfəndiyeva komaya düşüb, vəziyyəti ağırdır. Bəhram sosial şəbəkədə onu izləyənlərə müraciət edib:
“Anam komadadır, COVID-19 virusundan ağır vəziyyətdədir və ona təcili qan köçürülməlidir. Hansı qrupun olması vacib deyil, əsas odur ki, kimsə bankı doldurmaq üçün təzə qan bağışlasın. İmkan varsa, bu vəziyyətdə mənə kömək edin! Sizdən Bəhram Bağırzadə kimi deyil, onu xilas etmək üçün hər şeyi etməyə hazır olan bir oğul kimi xahiş edirəm. Kömək edən hər kəsə əvvəlcədən təşəkkür edirəm!
Məlumat: anamın adı Tahirə Möhüb qızı Əfəndiyeva, 12.11.1946 - əsas odur adına qan verilsin ki, ona köçürülsün”.
Qeyd edək ki, bir neçə ay öncə Bəhram Bağırzadənin özü də koronavirusa yoluxmuşdu.
Посмотреть эту публикацию в Instagram
"COVID-19" teqi üzrə xəbərlər
- Qranit Caka saxta COVID-19 sertifikatına görə cəzalandırıldı
- İki saxta sertifikat futbolçuya baha başa gəldi: Millidən UZAQLAŞDIRILDI
- ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
- Qəbiristanlıqda şok tapıntı: COVID-19 zamanı ölən 19 nəfərin cəsədi aşkarlanıb
- Məşhur futbolçu COVID-19 sertifikatına görə beş il həbs oluna bilər
Digər xəbərlər