Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Aşpaz Gülnaz Qəmbərova dadlı yemək bişirməyin sirlərindən danışdı
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı aşpaz Gülnaz Qəmbərova olub.
Yemək bişirməyə xüsusi marağı ilə seçilən G.Qəmbərova bu sahəyə gəlişinin əsas səbəbinin nənəsi olduğunu deyib. Onun sözlərinə görə, dadlı yeməklər hazırlamağı nənəsindən öyrənib.
Aşpaz kimi çalışmağa hələ 15 yaşında başlayan G.Qəmbərova ən çox hazırlamağı sevdiyi yeməklərin kələm dolması, küftəbozbaş və plov olduğunu söyləyib.
G.Qəmbərova sosial şəbəkələrdən də fəal şəkildə istifadə edərək bişirdiyi yeməkləri izləyicilərinə təqdim edir.
Ətraflı süjetdə:
Aşpaz Gülnaz Qəmbərova dadlı yemək bişirməyin sirlərindən danışdı

"Yemək reseptləri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar