Astarada atasını öldürməkdə şübhəli bilinən və qaçan oğlu saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Xəbərə görə, rayonun Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Qubad Cümşüd oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci il təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşsa da, yeri müəyyən olunub və saxlanılıb.
14:00
Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Qubad Cümşüd oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci il təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb. Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Rəylər