İnsan alverindən zərər çəkmiş uşaqların sosial reabilitasiya və sosial inteqrasiyasına dair proqram təsdiq edilib.
Oxu.Az abc.az-a istinadən bildirir ki, proqram 2014-2016-cı illər üçün nəzərdə tutulub, Nazirlər Kabinetində imzalandığı gündən qüvvəyə minib.
Proqramın həyata keçirilməsi Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinə, Təhsil Nazirliyinə tapşırılıb.
Proqram lazımi qanunverici dəyişikliklər, beynəlxalq təcrübənin tətbiqini, psixoloqların və tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini nəzərdə tutur.
Belə uşaqların ictimai reinteqrasiya prosesinin daimi monitorinqinin aparılması üçün sistemin tətbiqi planlaşdırılıb.
Dövlət insan alveri qurbanı olan uşaqların problemlərini həll etməyi, eləcə də bu cür uşaqların ilkin ödənişsiz təhsilini öz üzərinə götürməyə hazırdır.