Azərbaycan vətəndaşları dünyanın 56 ölkəsinə vizasız gedə bilərlər.
Oxu.Az “Novosti-Azerbaydjan”a istinadən xəbər verir ki, bu barədə 219 ölkənin vətəndaşlarının digər dövlətlərə səfər imkanlarını qiymətləndirən Henley & Partners konsaltinq şirkətinin hesabatında deyilir.
Finlandiya, İsveç və Böyük Britaniya vətəndaşlarına 173 ölkəyə vizasız səfər etməyə icazə var ki, bu da həmin dövlətləri ilk yerlərdə qərarlaşıdır. İkinci yerdə Danimarka, Almaniya, Lüksemburq və ABŞ dayanır.
Rusiya siyahıda 41-ci yeri tutub – bu ölkənin vətəndaşları 95 dövlətə vizasız səfər edə bilərlər. Ermənistan vətəndaşları vizasız 55, Gürcüstan vətəndaşları isə 60 ölkəyə gedə bilərlər.