Azərbaycanda zəlzələ baş verib.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 29-u, Bakı vaxtı ilə saat 20:35-də Qəbələ rayonundan 19 km şimal-şərqə zəlzələ qeydə alınıb.
Episentrdəki zəlzələ 4 bal olub. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ 3 baldan artıq hiss olunub. İlkin məlumata əsasən, insan tələfatı olmayıb.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
17:01
Azərbaycanda daha bir zəlzələ baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07:30-da Xəzər dənizində qeydə alınıb.
3.0 maqnitudada, 51 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.
11:58
Yeraltı təkanlar Lerikdə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu gün ölkə ərazisində 4-cü zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:07-də Lerikdən 22 km şimal-şərqdə qeydə alınıb.
Yeraltı təkan 3.20 maqnitudada, 20 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.
11:30
Bu gün səhər saatlarında baş vermiş zəlzələ ilə bağlı xüsusi komissiya yaradılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Publika.az-a Qəbələ rayon İcra Hakimiyyətindən məlumat verilib.
Komissiya zəlzələ nəticəsində yaşayış sahələri və inzibati binalara hər hansı bir zərər dəyib-dəymədiyini araşdırır:
“Bu vaxta qədər hər hansı dağıntı ilə bağlı məlumat daxil olmayıb. Lakin köhnə evlərdə kiçik çatların olması istisna edilmir. Komissiya bütün bu halları araşdıracaq”.
Qeyd edək ki, zəlzələ ilə bağlı Modern.az-a açıqlamasında Qəbələ rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Varis Yaqubov deyib ki, zəlzələdən sonra əhali təşvişə düşüb.
10:04
Azərbaycanda bir gündə üç dəfə ardıcıl zəlzələ baş verib.
Oxu.Az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yerli vaxtla 08:55-də yerin 11 km dərinliyində 3,1 bal gücündə zəlzələ qeydə alınıb.
Digər bir təkan isə 09:19-də baş verib. Yeraltı təkanlar 3,3 bal gücündə olub.
09:04
Qəbələ rayonunda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 06:38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb.
12 km dərinlikdə baş verən yeraltı təkanlar episentrdə 6 bal, Qəbələdə 5 bal və Respublikanın əksər rayonlarında 4-3 bal gücündə hiss olunub.
Zəlzələ ətraf rayonlarda da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib.
İnsan tələfatı yoxdur.
Elvin Əhmədov