Noyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında cənub şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12, gündüz 13-17 dərəcə isti olacaq.
Bölgələrdə və biz yerlərdə isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.
Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.