Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində növbəti dəfə EKMO aparatından istifadə edilib - FOTO
Mərkəzi Gömrük Hospitalının reanimasiya briqadası artıq dördüncü ağır koronaviruslu xəstəni ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazına qoşub.
Bu barədə Hospitaldan məlumat verilib.
Qeyd olunub ki, ixtisasca həkim olan 48 yaşlı pasiyentin ağciyərlərinin 90%-dən çoxu zədəli və qan qazlarında ciddi mənfi dinamika müşahidə olunduğu üçün xəstə EKMO aparatına qoşulub:
“Hazırda xəstənin vəziyyəti stabil kritik ağır kimi qiymətləndirilir”.
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, koronaviruslu xəstələrdə ağciyərlər öz funksiyasını heç cür bərpa edə bilmirsə, süni tənəffüs aparatına qoşulduqda da fayda olmursa, xəstə məcburən EKMO cihazına qoşulur:
“Şöbədə ilk EKMO cihazına qoşulan pasiyent artıq uğurla cihazdan və süni tənəffüs aparatından ayrılıb. Hazırda digər xəstələrin müalicəsi davam etdirilir”.
Qeyd edək ki, EKMO cihazı ağciyər və ürək yerinə 2-3 həftə və daha artıq funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müasir və yüksək texnoloji bir müalicə üsuludur.
"Azərbaycanda koronavirus" teqi üzrə xəbərlər
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Bu xəbərləri qaçırmayın: 02.10.2024-ün ən mühüm hadisələri
- Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb - RƏSMİ
- Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? - Təyyar Eyvazov AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 22.08.2024-ün ən mühüm hadisələri
Rəylər