Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 310yeni yoluxma faktı qeydə alınıb, 2 972 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 42 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 442 872 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 383 682 nəfər müalicə olunaraq sağalıb, 5 842 nəfər vəfat edib, aktiv xəstə sayı 53 348 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 614, ötən müddət ərzində isə ümumilikdə 4 551 520 test aparılıb.
