Fevralın 7-də “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Füzuli rayonunda vətəndaşları qəbul edəcək.
“Azərişıq” ASC-dən Oxu.Az-a verilən məlumata görə, rayonun Heydər Əliyev mərkəzində keçiriləcək qəbulda rayon sakinləri iştirak edə bilər.
Məlumatda o da qeyd olunub ki, R.Yusifov “Azərişığ”ın fəaliyyət istiqaməti üzrə şikayət və təklifləri dinləyəcək.
Könül Cəfərli