Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Azərsu" ASC-nin məsul işçisi cərimələndi
Bağlar Sukanal idarəsinin məsul işçisi cəzalandırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə nazirlik əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində reyd keçirilib.
Reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən olunub.
Faktla bağlı "Azərsu" ASC-nin Bağlar Sukanal idarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.
Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar Sukanal idarəsinə icrası məcburi göstəriş verilib.
"Azərsu ASC" teqi üzrə xəbərlər
- Qurban Qurbanov Juninyonun transferindən DANIŞDI
- Prezident 2025-ci ilin prioritetini elan etdi - "Böyük Qayıdış proqramı"nın icrası sürətlənəcək
- Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi
- Azərbaycan Premyer Liqası: "Şamaxı" "Sumqayıt"a qalib gəldi
Rəylər