Bakının Səbail rayonunda 2 maşının toqquşması zamanı 1 qadın yaralanıb.
Badamdar qəsəbəsində minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında hərəkətsiz dayanan digər minik maşını, daha sonra piyada 1959-cu il təvəllüdlü İsmayılova Səadət Şükür qızını vurub.
Hadisə nəticəsində qadın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona baldır və bud sümüyünün sınığı diaqnozu qoyulub.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu