Bu gün “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında baş verən hadisə sərnişinləri təşvişə salıb.
Oxu.Az xəbər verir ki, AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, təşvişə səbəb “Elmlər Akademiyası” stansiyasının birdən-birə eskalatorunun işləməməsi olub. Nəticədə stansiyada dəhşətli sıxlıq yaranıb. Sıxlıq 1 saata yaxın müddətdə davam edib.
Nəticədə 100-lərlə sərnişinin stansiyadan çıxmasında çətinlik yaranıb və bu da ciddi narahatlığa səbəb olub.
Hadisə yerinə gələn stansiyanın texniki xidmət personalı eskalatorun xarab olmasının səbəbini belə açıqlayıb:
“Ümumiyyətlə, eskalatorun köhnə olması səbəbindən mütəmadi olaraq burada problemlər yaranır və biz də bu problemi bacardığımız qədər həll etməyə çalışırıq”.