Bakının Bakıxanov qəsəbəsində bir gənc özünü öldürmək məqsədi ilə yaşayış binasının damına çıxıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, qəsəbənin Yavər Əliyev küçəsində yerləşən “Uğur 2” yaşayış kompleksində oğlan intihar etmək məqsədi ilə binanın damına çıxıb.
Gənc özünü 20-ci mərtəbəli binanın damından atmaq niyyətindədir. Onun Əmircan qəsəbə sakini olduğu deyilir.
Hazırda FHN-nin xilasetmə qüvvələri hadisə yerində iş aparır, intihara cəhdin qarşısını almağa çalışırlar.
Özünü 20 mərtəbəli binanın damından atmaq istəyən Əmircan sakinin bu addımının səbəbini həmin şəxsin anası Milli.Az-a danışıb.
Məlum olub ki, həmin adamın evindən bir müddət əvvəl oğurluq ediblər. Zərərçəkən onun evini qarət edənlə hansısa yolla telefon əlaqəsi yaradıb və onun səsini yazıb.
Həmin səs yazısını Suraxanı rayon Polis İdarəsinin müstəntiqinə təqdim edib.
Aldığı cavab isə onu pərişan edib və intihar barədə qərarı üçün əsas olub.
Belə ki, müstəntiq ona irad tutub ki “sən kimsən ki, insanların səsini yazırsan”.
Məhz buna etiraz olaraq Əmircan sakini indi binanın damından özünü atmaq istəyir.