Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldıldı: Sərnişinlərin etirazına səbəb oldu
Bu gün Sumqayıt şəhərindən yeni qrafiklə saat 07:48-də Bakı istiqamətinə hərəkət edən ekspres tipli qatarda böyük sıxlıq yaranıb.
Oxu.Az xəbər verir ki, bu sıxlıq Xırdalan və Biləcəri stansiyalarında pik həddə çatıb.
Bildirilib ki, buna səbəb qatarın vaqonlarının sayının xeyli azaldılaraq 11-dən 7-yə salınması olub.
Bu isə sərnişinlərin narahatlıq və etirazına səbəb olub.
Əlavə olaraq, Sumqayıtdan Xırdalan yolu ilə Bakı istiqamətində sürət qatarlarında vaxtilə 07:25, 07:35, 07:45, 08:00 kimi reyslər olsa da, hazırda onlar da ləğv edilib.
Onların əvəzində saat 07:20-dən 08:12-dək olan intervala 2 ədəd vaqonları azaldılmış və hər stansiyada dayanması səbəbindən böyük sıxlıq yaranan köhnə tipli ekspres qatarları fəaliyyət göstərir.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Mayın 28-də Bakı-Sumqayıt qatarları hansı qrafiklə işləyəcək?
- Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Azərbaycan Çindən müasir nəqliyyat vasitələri alır: 26 milyon dollar xərclənəcək
- Bakı-Xırdalan-Sumqayıt qatarında YUBANMA VAR - Səbəbi açıqlandı