Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində baş vermiş avtomobil qəzası səbəbindən ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədlərinin təmirinə bu gün 11:00-dan başlanılıb. Yolun iş gedən zolaqları həm Sumqayıt, həm də Bakı şəhəri istiqamətində tam məhdudlaşdırılıb.
Digər zolaqlarda hərəkət davam edir. İşlər təxminən 3-4 saat müddətinə yekunlaşacaq.