Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakı-Sumqayıt yolundakı qəzada ölən və yaralananların adları açıqlanıb
Bakı-Sumqayıt yolundakı qəzada ölən və yaralananların adları açıqlanıb.
"Report"un Sumqayıt bürosu xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 19-u yaralanıb.
Ölən şəxs 2006-cı il təvəllüdlü Ağayeva Məryəm Maqsud qızıdır.
Qəzada yaralananların adlarını təqdim edirik:
1961-ci il təvəllüdlü Həqiqət Sahib qızı Cəfərova
1986-cı il təvəllüdlü Səidə İldırım qızı Kərimova
1989-cu il təvəllüdlü Məryəm Qabil qızı Əliyeva
1980-ci il təvəllüdlü Vüsalə Məmməd qızı Məmmədova
2002-ci il təvəllüdlü Xəyalə Məhəmməd qızı Məmmədova
2005-ci il təvəllüdlü Nərgiz Məmməd qızı İsgəndərova
2016-cı il təvəllüdlü Gülay Əhməd qızı Allahverdiyeva
1965-ci il təvəllüdlü Nizami İlyas oğlu Hüseynov
1996-cı il təvəllüdlü Əsbət Əlişan qızı Əliyeva
1967-ci il təvəllüdlü Südabə Əflatun qızı Quliyeva
1963-cü il təvəllüdlü Zemfira Cavanşir qızı Həsənova
1982-ci il təvəllüdlü Sevda Hajan qızı Qasımova
1999-cu il təvəllüdlü Ceyhun Mamed oğlu Abasov
2007-ci il təvəllüdlü Elcan Hörmət oğlu Quluzadə
1971-ci il təvəllüdlü Məmmədağa İsgəndər oğlu İsgəndərov
2017-ci il təvəllüdlü Habil Qəzənfər oğlu Əliyev
1993-cü il təvəllüdlü (31 yaş) Orxan Hidayət oğlu Nəsirov
2005-ci il təvəllüdlü Yusif Çərkəz oğlu Nəsirov.
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb.
APA xəbər verir ki, hadisə zamanı ölən şəxs 2006-cı il təvəllüdlü Məryəm Maqsud qızı Ağayevadır.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20-də Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbi ilə çağırış daxil olub.
Hadisə yerinə səkkiz təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində bir nəfərin həkiməqədər ölümü qeydə alınıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan digər 18 nəfər isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən ikisi reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili Yardım Şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə TƏBİB-dən bildirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində baş verib. Nəticədə ISUZU yoldan çıxaraq aşıb.
Əzizə İsmayılova
Bakı-Sumqayıt yolunda iki avtobus toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Bu barədə "Report"un yerli bürosu məlumat verib.
Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var.
"Report" xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakıdan Sumqayıta hərəkət edən avtobusla toqquşub. Hadisə nəticəsində 10-dan çox yaralının olduğu bildirilir.
"Avtobus qəzası" teqi üzrə xəbərlər
- Braziliyada dəhşətli avtobus qəzası: 38 nəfər öldü
- İranda dəhşətli qəza: Sərnişinlərlə dolu avtobus dərəyə aşdı
- İranda qorxunc avtobus qəzası: Ölənlər və yaralananlar var
- Kot-d'İvuarda faciə: Sərnişinlər yanaraq can verdilər
- Biləsuvarda qəzada xəsarət alan qadın paytaxt xəstəxanalarından birinə köçürülüb
Rəylər