Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda bazarların sayı əhalinin sayına uyğundurmu?
Bakıda son illər bir neçə bazar sökülüb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bazarların sayı azalsa da, paytaxtda əhalinin sayı xeyli artıb.
Paytaxt sakinləri deyirlər ki, bazara getmək üçün xeyli məsafə qət etməli olurlar. Məsələn, elə sorğu apardığımız 8-ci km bazarına gələn alıcıların hərəsi bir qəsəbədən, rayondan gələnlər idi.
İqtisadçı Xalid Kərimli bildirib ki, son illər Bakıda bəzi bazarlar sökülüb, bəzilərinin ərazisi satılıb və yerində bina inşa olunub. Ancaq iqtisadçı hesab edir ki, şəhərlərdə bazarların əhali sayına uyğun olması ilə bağlı hər hansı standart yoxdur. Hətta dünyada bəzi böyük şəhərlərdə belə bazarlar ümumiyyətlə mövcud deyil və bazara tələbat da yoxdur.
Ekspert, həmçinin ərazi üzrə bazarların təşkili işini bələdiyyələrin həyata keçirə bildiklərini deyib.
Ətraflı süjetdə:
Rəylər