Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda fərdi ev külə döndü
Bakıda fərdi ev tamamilə yanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Arif İsmayılov 32 ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən, Əsədullayeva Səidə Abdulla qızına məxsus birmərtəbəli, 100 kv.metrlik ev tamamilə yanaraq kül olub. Əraziyə FHN-in Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və 25 nəfər şəxsi heyəti cəlb edilib, alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Türkiyədə xizək mərkəzində baş verən yanğında bir ailədən 14 nəfər həyatını itirib
- Sumqayıtda avtomobil yanıb
- Türkiyədə xizək mərkəzindəki yanğında ölənlərin sayı artıb
- Bakı-Qazax yolunda dəhşətli YANĞIN: 14 ton qida məhsulu KÜLƏ DÖNDÜ - ANBAAN GÖRÜNTÜLƏR
- XİN: Türkiyədə hoteldəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
Ən çox oxunanlar
Rəylər