Bakının Binəqədi rayonu ərazisində kanalizasiya xəttində qəza baş verib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Bildirilib ki, Ayna Sultanova küçəsi 46-56 ünvanında kanalizasiya suları küçəyə axaraq ətrafa üfunət qoxusunun yayılmasına səbəb olub.
"Qoxu səbəbindən pəncərələri açmaq mümkün deyil", - deyə şikayətdə bildirilib.


Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, problem artıq öz həllini tapıb.
"Sözügedən ünvanda tullantı su xəttində tutulma aradan qaldırılıb. Şəbəkənin tutulmasına səbəb vətəndaşların xətlərə məişət tullantılarını atmaları olur. Sakinlərdən xahiş olunur ki, kanalizasiya xətlərinə tullantı suyundən kənar əşyalar məişət tullantıları (salfet və s.) atmasınlar", - deyə məlumatda vurğulanıb.