Bakıda xəstəxanada mədəkiçiltmə (Bariatrik) əməliyyatı etdirən qadın ölüb.
Oxu.Az xəbər verir ki, ölüm halı “Real Hospital”da qeydə alınıb.
Məlumata görə, 1960-cı il təvəllüdlü Əliyeva Gülnaz Cavad qızı mayın 20-də mədəkiçiltmə əməliyyatı əməliyyatına girib. Ancaq əməliyyat zamanı onun ödü partlayıb. Qadın mayın 26-da gecə 03:00 radələrində vəfat edib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, son illər Azərbaycanda mədəkiçiltmə əməliyyatı geniş yayılıb.
Son altı ildə iki minə yaxın bariatrik cərrahiyyə əməliyyatı həyata keçirilib.
İlhamə Əbülfət