Dünən saat 18:00 radələrində Dənizkənarı Milli Park yaxınlığında yerləşən “Zabitlər evi”nin qarşısında bir qrup vətəndaş yolu bağlayaraq, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədovun maşınına hücum çəkiblər.
Oxu.Az Press24.az-a istinadən xəbər verir ki, onlar avtomobilin şüşələrini yumruqlayaraq, nazir müavini ilə görüş tələb ediblər.
Qeyd edək ki, nazir müavini ilə görüş tələb edən valideynləri narahat edən məsələ onların övladlarının Ali Hərbi Məktəbə imtahansız qəbul edilməmələri ilə bağlıdır.
Belə ki, sözügdən məzunlar C.Naxçıvanski adına Hərbi Liseyə 2010-cu ildə TQDK tərəfindən keçirilən imtahanlarda tələb olunan balı toplayaraq qəbul olublar. Üç il liseydə təhsil alaraq, hərbi biliklərə yiyələniblər. Lakin indi onlara bildirilib ki, əvvəlki illərdən fərqli olaraq, bu il liseyi bitirənlər Ali Hərbi Məktəbə daxil olmaq üçün təkrar TQDK tərəfindən keçirilən imtahanda iştirak etməlidirlər. Valideynlər tələb edirlər ki, hərbi liseyi bitirmiş məzunlar əvvəlki illərdə olduğu kimi imtahansız Ali Hərbi Məktəbə qəbul edilsinlər.
Xatırladaq ki, general-leytenant bundan əvvəl 40-a qədər valideyni öz otağında qəbul edib dinləsə də, geniş səlahiyyətlərinə baxmayaraq, onlara heç bir köçək edə bilməyəcəyini bildirib. Bundan qəzəblənən vətəndaşlar Ç.Məmmədovu avtomobilinə qədər təqib edib, ancaq nazir müavini onları dinləmək istəməyib.





www.oxu.az