Bakıda nəşriyyatın önündən dibçək oğurlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.
Orta yaşlı kişi kənardan diqqət çəkmədən dibçəyi götürüb.
Hadisənin ilk dəfə olmadığı bildirilir.
Həmin görüntüləri təqdim edirik: