Bu gün günorta saatlarında Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, taksi kimi fəaliyyət göstərən “Hyundai” markalı avtomobilin sürücü idarəetməni itirərək, yol kənarındakı dəmir arakəsməyə çırpılıb.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Avtomobilə ciddi zərər dəyib.
Samir İsayev