Bakıda yaşayış binasında yanğın söndürülüb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Binəqədi rayonu, Fərman Məlikov küçəsində yerləşən 16 mərtəbəli binada baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
22:47
Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, blokların birindəki elektrik şitində qəfil baş verən tüstülənmə yanğına çevrilib.
Yaşayış binasının bir hissəsinin sakinləri təxliyə olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə nəticəsində tüstüdən zəhərlənən 10-dan çox sakinə hadisə yerində sakinə təcili tibbi yardım göstərilib. Bir azyaşlı Bakı şəhər 1 saylı Xəstəxananın Toksikoloji şöbəsinə yerləşdirilib.
22:05
Bakıda güclü yanğın hadisəsi baş verib.
Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsində qeydə alınıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, binada sakinlər qalıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları, canlı qüvvə və təcili yardım maşını cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
S.B.
www.oxu.az