Azərbaycanda şüşə məmulatları istehsalçısı olan “İnterglass” zavodunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Bakı-Ələt yolunda yerləşən zavodun işçisi, 58 yaşlı Vahib Yarov hündürlükdən yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
E.Ə.
www.oxu.az