Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.

Polis mayoru qeyd edib ki, hadisə bu gün saat 10:00-da Ə. Rəcəbli küçəsində qeydə alınıb:
"Ruslan Əkbərovun idarə etdiyi BYD markalı, 99-QH-584 dövlət qeydiyyat nişanlı avtomobil Elxan Qədirovun idarə etdiyi "Chevrolet Cobalt" markalı, 90-YS-589 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub. Toqquşmanın təsirindən "Chevrolet Cobalt" yol kənarında dayanmış 77-JN-187 dövlət qeydiyyat nişanlı FORD markalı avtomobilə çırpılıb. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır".