SOCAR “Azəriqaz” İstehsalat Birliyi Xətai rayonu, Gəncə prospektində təbii qaz təchizatının dayandırılmasına münasibət bildirib.
Qurumdan Oxu.Az-a bildirilib ki, prospektdə yerləşən “Xətai Park” mənzil-tikinti kooperativini (MTK) təbii qazla təmin edən, diametri 160 mm olan polietilen qaz kəmərində aparılan təmir işi ilə əlaqədar sözügedən MTK-da 600 təbii qaz istehlakçısının qaz təchizatı səhər saat 10:00-dan dayandırılıb:
“Qaz təchizatı günorta saatlarında yenidən bərpa olunub”.
15:04
Xətai rayonu, Gəncə prospektində təbii qaz təchizat dayandırılıb.
Oxu.Az-ın məlumatına görə, səhər saat 11 radələrindən qaz kəsilib.
Qeyd edək ki, qaz təchizatında yaranan fasilə ilə bağlı qurum tərəfindən əvvəlcədən sakinlərə xəbərdarlıq edilməyib.
İlhamə Əbülfət