Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Xətai rayonunda yaşıllıqların qeyri-qanuni məhvi, onların yerində tikinti işlərinin aparılması və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı daxil olmuş şikayəti araşdırıb.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı paytaxt ərazisində müxtəlif diametrli yaşköküstə ağacların kəsildiyi faktları aşkar olunub, ekoloji qanunvericiliyin pozulduğu, ətraf mühitin mühafizəsinə cavabdeh olan Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departametinin əməkdaşlarının ətraf mühitin mühafizəsinə dövlət nəzarətinin qeyri-qənaətbəxş səviyyədə təşkil etmələri müəyyənləşdirilib.
Xidməti ərazilərdə ekoloji qanunvericiliyin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülməməsinə, məlumat və şikayətlərin vaxtında araşdırılmamasına görə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin rəhbəri və digər məsul şəxslər tutduqları vəzifədən azad ediliblər.
www.1news.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin