Bakının Yasamal rayonunda elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan tələbatın qarşılanması məqsədilə iyulun 15-də təmir işləri aparılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) balansında olan transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Həsən bəy Zərdabi küçələrində, eləcə də MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bundan əlavə, təmir-təftiş işləri səbəbindən saat 10:00-dan 14:00-dək Nizami rayonunun Nizami Abdullayev və Qurban Sadiq küçələrinin bir hissəsində də enerji verilişi məhdudlaşdırılacaq.
Eyni zamanda, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Məmməd Səid Ordubadi və Mirzəağa Əliyev küçələrində də elektrik enerjisinin verilişində fasilə olacaq.
Qurumdan vurğulanıb ki, aparılan yenidənqurma və təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin ərazilərdəki abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.