Bu gün Lənkəranda iki nəfər batma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, onlar qeyri-çimərlik ərazisində çimirmişlər.
Batma təhlükəsi ilə üzləşən şəxslər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas olunublar.