Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində kanalizasiya problemi sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub.
Qeyd olunub ki, qəsəbənin Ordubadi küçəsi, 7 ünvanında, dəmir yolu vağzalının arxasında, bazarın yaxınlığında kanalizasiya suları küçəyə axır. Sakinlərin sözlərinə görə, çirkab suları həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətinə mane olur, ətrafda antisanitar vəziyyət və üfunət qoxusu yaradır.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Qaynar xətt:
(055) 224 12 12