FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə doqquzmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.
Oxu.Az-ın xəbərinə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısını alıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 18:45-də başa çatıb.
S.B.
www.oxu.az