Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bir qrup şəxsin parlamentə daxil olmasının Rauf Xələfovla əlaqələndirilməsi ilə bağlı DTX-dən AÇIQLAMA
“İnternet resurslarında cari il iyulun 14-də gecə saatlarında bir qrup şəxsin təxribat məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasına daxil olmasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Rauf Xələfovla əlaqələndirilməsi kimi absurd, heç bir əsası və məntiqi olmayan fikirlər səsləndirilməkdədir”.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin adıçəkilən əməkdaşının digər hüquq-mühafizə orqanlarının işçiləri ilə həmin vaxt xüsusi mühafizə obyekti olan Milli Məclisdə olması xidməti vəzifələrin icrasından irəli gəlib:
“Ayrı-ayrı sosial şəbəkə və media resurslarında bilərəkdən qərəzli məqsədlər üçün belə məlumatları yayanlar, heç şübhəsiz, düşmən və anti-Azərbaycan qüvvələr tərəfindən idarə olunduqlarını və onların sifarişlərini yerinə yetirdiklərini aydın şəkildə bir daha sübut edirlər.
Milli Məclisin binasında avadanlıq və inventarların sıradan çıxarılmasında və digər pozucu hərəkətlərdə iştirak etmiş şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar.
Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı heç bir təxribata uymamağa və dövlətçilik mövqeyindən çıxış etməyə çağırır”.
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- "Etdiyim əməllərdən peşmanam": Dövlət xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənin məhkəməsi
- Terrorçuluğa çağırışlar edən şəxsə hökm elan olundu
- DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? - MƏHKƏMƏ İŞİ
- Dövlətə xəyanətə görə həbs edildi - DTX-dən ƏMƏLİYYAT
- Casusluqda ittiham olunanlar hakim qarşısına çıxarıldı
Rəylər