Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bizim çoban dünya rekordunu qırmaq istəyir - FOTO
Azərbaycanlı, Ağstafanın Vurğun qəsəbəsindən olan gənc Ağa Əliyev dünya rekordunu qırmaq istəyir. Bunun üçün o, Bakıdan Ankaraya qaçmağı planlaşdırır. Gəzməyi deyil, sürətlə yeriməyi deyil, məhz qaçmağı...
Həmin oğlanı tapmaq üçün Oxu.Az-ın müxbiri adı çəkilən kəndə yollanıb. Redaksiyamıza daxil olan informasiyada nə həmin şəxsin kimliyi, nə də ünvanı ilə bağlı heç bir məlumat yox idi. Ancaq rayon və kəndi göstərilmişdi.
Bununla belə onu tapmaq problem olmadı. Məlum olub ki, onu rayonda hamı tanıyır.
Biz onun rekordu barədə danışanda onlar dedilər: “Hə, siz Ağanı deyirsiz. O, baxın, orada yaşayır”.
Biz kiçik, çox kasıb kənd evinin qarşısındayıq. Bu evdə 1988-ci il təvəllüdlü Ağa Əliyev yaşayır. Deyilənlərə görə, onda “tanrı vergisi” olan hədsiz fiziki dözümlülük var.
Bizə məlum oldu ki, o, anası və atası ilə birlikdə yaşayır. Anası bazarda satıcı, atası isə yaxınlıqdakı çörəkbişirmə sexində çalışır. Maddi problemlər səbəbindən Ağa uşaq yaşlarından valideynlərinə kömək etməli olub. O, əkinçiliklə məşğul olub və çobanlıq edib.
Ağstafalı “Forrest Qamp”
Bu filmi xatırlayırsız? Forrest hara getməli olsa, qaçaraq hərəkət edirdi. Təqib zamanı Forrest Amerika futbolunun keçirildiyi stadiona daxil olub. Məşqçi Forrestin qaçış sürətini görüb və onu universitetin komandasına daxil edib. Bununla da o məşhur olub.
Bu bədii filmin sujetinə uyğun bizim qəhrəmanımız da hər zaman qaçmalı olub – gah dağda qoyunların arxasınca, gah da atasına un kisələrini daşımağa kömək etmək üçün...
“Bu dövrdə mən diqqət yetirdim ki, digərlərindən fərqlənirəm. Kiminlə qaçsam da, həmin şəxs müəyyən məsafədən sonra dayanırdı, mən isə qaçmağa davam edirdim”, - Ağa müsahibimizlə söhbətində deyib.
O, rayondakı karate idman növü üzrə məşqlərə qatılmaq istəyirdi. Ancaq onun ailəsinin aylıq “bir şirvan” ödəyə bilməməsi səbəbindən qəhrəmanımız bu arzusuna çata bilməyib.
Ancaq o, qaçmağa davam edirdi.
“Mən vaxtla qaçırdım və hər dəfə öz nəticəmi daha da yaxşılaşdırırdım. 18 yaşım olanda mən professional atlet kimi qaçırdım. Tanışlarımdan heç kim mənimlə yarışa bilmirdi. Orduya getdim və hərbi xətt üzrə qaçış birinciliyində iştirak etdim. 240 əsgər arasında qalib oldum”, - müsahibimiz qeyd edib.
O, cəbhədə xidmət keçib. İl yarım erməni silahlı bölmələri ilə üz-üzə olub. Hərbi xidmətdə fərqləndiyi üçün həmin kənd evinə təşəkkür məktubları gedib. Xidmətdən sonra Ağa cəsarətli addım atmaq – Qazaxdan Bakıya qaçmaq (453 kilometr) qərarına gəldi. Bunun üçün o, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum gününü seçir. O, bunu bacarır və ölkədə yeni rekorda imza atır.
“İndi mən dünya rekordunu qırmaq üçün məşq edirəm. Məşq etmək çox bərk səslənir. Heç bir idman klubunun üzvü deyiləm və peşəkar idmanla məşğul olmuram. Məşq mənim gündəlik işimdir”, - Ağa deyib.
5 ildən sonra Heydər Əliyevin 100 illiyində o, Bakıdan Türkiyənin paytaxtına qaçmağı planlaşdırır. Eramızdan əvvəl 479-cu ildə naməlum yunan idmançısı sutkada 182 kilometr qaçmaqla Plantadan Delfə gəlib və növbəti sutkada geri qaçıb. Və bu gün ən uzun qaçış məsafəsi yunanlara aiddir. Yannis Kuros 6 sutka ərzində 1036 kilometr 851 metr qaçmaqla dünya rekordunu müəyyən edib.
Baxın, Bakıdan Ankaraya qədər olan məsafə 1840 kilometrdir. Əgər sadə azərbaycanlı çoban bunu etsə, o, mütləq dünya rekordçusu olacaq. Əgər uzun illər ərzində min kilometrlik məsafəni heç kim keçə bilməyibsə, Ağa Əliyevin dəf edəcəyi 1840 kilometr ümumiyyətlə əlçatmaz olacaq.
Ə.Ş.
www.oxu.az
"Ağstafa" teqi üzrə xəbərlər
- Ağstafada minik avtomobili aşıb: Xəsarət alan var
- Ağstafada bağça əməkdaşları müdirdən şikayətçidirlər - Ağır ittihamlar var
- Azərbaycanda toyda kütləvi zəhərlənmənin DETALLARI: Ev yiyəsi danışdı
- Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildi
- Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - Xəbərlərin 20:00 buraxılışı
Rəylər