"Azərbaycan dili öyrənəndə Baku TV-nin xəbərlərinə baxırdım. Ona görə bu gün sizin suallarınıza cavab verməkdən məmnunam".
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Baku TV-nin sualını cavablandırarkən deyib.
Səfir bildirib ki, Baku TV-ni yalnız Gəncədə olduğu müddətdə deyil, Londonda Azərbaycan dilini öyrənərkən də izləyib.
"Baku TV-yə yalnız Gəncədə olduğum vaxtlarda baxmırdım, Londonda Azərbaycan dili öyrənərkən də izləyirdim. Yəni Baku TV-ni uzun illərdir izləyirəm", - deyə diplomat qeyd edib.