Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Britaniyadan olan səyahətçi: “Azıx mağarası heyrətamiz tarixə malik bir yerdir” - VİDEO
“Azıx mağarası dünyada aşkar edilmiş ən qədim ibtidai insan məskənlərindən biridir, heyrətamiz tarixə malikdir”.
Bunu “Report”un Qarabağa ezam olunmuş müxbirinə açıqlamasında britaniyalı səyahətçi Kler Frensis deyib.
Onun sözlərinə görə, bu arxeoloji abidənin tarixi çox-çox qədim dövrə, ibtidai icma dövrünə gedib çıxır.
“Proqramın bu hissəsini çox bəyəndim. Belə tarixi əhəmiyyətli yerdə olmaq məni heyran etdi. Mağaraya qalxmaq çətin idi, pilləkənlərlə təxminən 20 dəqiqə qalxdıq, amma yenə də məmnunam”, - deyə K.Frensis söyləyib.
Səyyah onu da qeyd edib ki, bu, onun Azərbaycana ikinci səfəri olsa da, ilk dəfədir Qarabağda olur.
“Mən Azərbaycana qayıtmaq, xüsusən də Qarabağda olmaq, burada baş verən və davam edən dəyişikliklərə baxmaq istəyirdim”, - deyə o bildirib.
K.Frensisin sözlərinə görə, o, birmənalı olaraq gələcəkdə də buraya yenidən qayıtmaq istərdi.
Qeyd edək ki, bu gün 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildirlər. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
Rəylər