"Harada olursunuzsa olun, ölkəmizin sizin kimi gənclərə ehtiyacı var".
Oxu.Az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Nərminə Hüseynova Bakı şəhəri, 53 nömrəli məktəbdə keçirilən "Son zəng" tədbirində deyib.
O bildirib ki, bu gündən məzunların həyatında yeni mərhələ başlayır:
"Son zəng" uşaqlıqdan gəncliyə, arzudan məqsədə atılan yoldur. Bu gündən həyatınızda yeni uğurlar qazanacaqsınız. Bakı şəhərində ümumilikdə 37222 şagird məzun olur. 32 mindən çox müəllim həmin şagirdlərin təhsil almasında rol oynayıb. Siz müasir çağırışlara cavab verən gənclərsiniz. İnanıram ki, yerli və beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edəcəksiniz. Bu gün ölkəmizin sizin kimi gənclərə ehtiyacı var".